EN

Azərbaycan səfiri Əfqanıstanın səhiyyə naziri ilə birgə əməkdaşlığı müzakirə edib

Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin səhiyyə naziri Mövlavi Nur Cəlal Cəlali ilə görüşüb.

News365.az xəbər verir ki, bu barədə RTA məlumat yayıb.

“Görüşdə səhiyyə sahəsində birgə əməkdaşlıq, əczaçılıq sənayesində təcrübə mübadiləsi, Əfqanıstanın səhiyyə işçilərinin potensialının artırılması və bir sıra digər mövzular müzakirə olunub”, – məlumatda bildirilib.


Chosen
46
7
news365.az

8Sources