EN

15 min dollar artıq istədi, Azərbaycan klubu transferdən vaz keçdi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz”in heyətini daha bir əcnəbi futbolçu – Riad Kobilyarla gücləndirəcəyini xəbər vermişdik.

İdmanxeber.az-a daxil olan məlumata görə, bu transfer son anda baş tutmayıb. Buna səbəb futbolçunun daha çox əməkhaqqı istəməsidi. Belə ki, tərəflər arasında ilk danışıqlar müsbət yekunlaşıb. 1 illik müqaviləyə qarşılıq 40 min dollara razılıq verən Bosniya və Herseqovinadan olan 28 yaşlı futbolçu fikrindən daşınıb. O, “Kəpəz”dən illik 55 min illik dollar istəyib.

Maliyyə sıxıntısı içərisində var-gəl edən “sarı-göylər” isə bu pulu yarımmüdafiəçiyə verə bilməyəcəyini bildirib və danışıqlar dayandırılıb.

 

Chosen
60
idmanxeber.az

1Sources