Fransa parlament seçkilərində solçu partiyaların Yeni Xalq Cəbhəsi koalisiyası qalib gələrək 182 mandat qazanıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb .
Prezident Emmanuel Makronun “Birgə” koalisiyası 168 yerlə ikinci yerdədir. Üçüncü yerdə 143 yerlə sağçı Marin Le Penin Milli Rallisi qərarlaşıb.
Respublikaçılar Partiyası daha 45 yer qazanıb . Qalanları isə ümumilikdə 39 yer qazanıblar.
Baş nazir Qabriel Attal bazar ertəsi, iyulun 8-i səhər istefa verəcəyini açıqlayıb. Aparıcı Yeni Xalq Cəbhəsinin rəhbəri Jan-Lyuk Melenşon artıq yeni hökuməti formalaşdırmağa hazır olduğunu bəyan edib .