EN

Qromıkoya irad tutan, kommunist təbliğatına əngəllik törədən amerikalı GENERAL

O, XX əsr Amerika tarixinin ən məşhur simalarından biri olub. Xüsusilə, İkinci Dünya müharibəsi dövründə Corc Ketlett Marşall beynəlxalq müstəvidə böyük nüfuz qazanıb.
 
Kommunistlərə qarşı sərt mövqe sərgiləyən Marşall hələ Andrey Qromıko ABŞ-da səfir və BMT-nin daimi nümayəndisi olduğu vaxtlar sovet diplomatına açıq şəkildə öz iradını bildirməkdən də çəkinməyib:
 
- CÉ™nab Qromıko, siz siyasÉ™tdÉ™ nadir hallarda sÉ™hvÉ™ yol verirsiniz. Amma hÉ™r dÉ™fÉ™ mÉ™nÉ™ müraciÉ™t edÉ™ndÉ™ sÉ™hv buraxırsınız. Siz unudursunuz ki, mÉ™nim soyadımın sonunda iki “l” hÉ™rfi var vÉ™ soyadımı düzgün tÉ™lÉ™ffüz etmirsiniz. NÉ™dÉ™nsÉ™ ruslar mÉ™nim adımla düzgün rÉ™ftar etmÉ™k istÉ™mirlÉ™r. BÉ™lkÉ™ dÉ™ bunu qÉ™sdÉ™n edirsiniz...
 
QROMA.jpg (94 KB)
 
Təmkinli Qromıko isə ona özünəməxsus cavab verib:
 
- Biz dünyanı rus dilində görürük...
 
Marşallın sovet məmurları ilə belə çəkişmələri az olmayıb.
 
Qeyd edək ki, 1880-ci ildə Pensilvaniya ştatında anadan olan Corc Ketlett Marşall Virciniyada hərbi institutda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra piyada qoşunlarında xidmətə başlayıb, Birinci Dünya müharibəsində iştirak edib. 1938-ci ilə qədər ayrı-ayrı hərbi strukturlarda orta və yüksək vəzifələr tutan Marşall həmin il ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahında hərbi planlaşdırma şöbəsinə təyinat alıb. Məhz həmin ərəfədə Marşall Amerikanın ən tanınmış hərbi xadimlərindən biri sayılan, Franklin Ruzveltə yaxınlığı ilə fərqlənən ordu generalı Duqlas Makarturanın böyük etimadını qazanıb. Elə bu etimadın nəticəsində də İkinci Dünya müharibəsi başlananda Marşall Amerika ordusunun qərargah rəisi vəzifəsinə təyin olunub, eyni zamanda Ruzveltin strategiya və taktika məsələləri üzrə müşaviri vəzifəsini daşıyıb. 1944-cü ildə Ruzvelt ona ordu generalı rütbəsini şəxsən təqdim edib.
 
Marşall ABŞ prezidentinin ən etibarlı adamlarından biri olaraq Ruzvelti bütün görüş və səfərlərdə müşayiət edib, o cümlədən böyük üçlüyün (Ruzvelt, Stalin, Çörçill) görüşlərində də.
 
QROMAN.jpg (63 KB)
 
MüharibÉ™ illÉ™rindÉ™ É™n tanınmış hÉ™rbi simalardan biri sayılan MarÅŸallın fÉ™aliyyÉ™ti dünya ictimaiyyÉ™ti tÉ™rÉ™findÉ™n maraqla izlÉ™nilib. O, 1943-cü ildÉ™ “Time” jurnalı tÉ™rÉ™findÉ™n “ilin adamı” elan edilib. MarÅŸall 1947-ci ildÉ™ bu titula ikinci dÉ™fÉ™ dÉ™ sahib olub.
 
İkinci Dünya müharibəsi sona çatdıqdan sonra, 1945-ci ilin noyabr ayında Marşall qərargah rəisi vəzifəsindən istefa verib. Amma o, hərb işindən birdəfəlik ayrılmayıb, 1945-1947-ci illərdə ABŞ prezidentinin Çində rəsmi nümayəndəsi vəzifəsində işləyib.
 
1947-1949-cu illərdə ABŞ-ın dövlət katibi vəzifəsini tutan Marşall SSRİ-yə qarşı kəskin münasibəti ilə fərqlənib və o, kommunizm ideyalarının yayılmasına, təbliğatına qarşı ciddi mübarizə aparıb.
 
MAGE SON.jpg (78 KB)
 
Amerikanın siyasi tarixindÉ™ MarÅŸall irÉ™li sürdüyü “MarÅŸall planı” ilÉ™ yadda qalıb. Bu plan 3 avqust 1948-ci ildÉ™n hÉ™yata keçirilmÉ™yÉ™ baÅŸlanıb. “MarÅŸall planı”na É™sasÉ™n, müharibÉ™dÉ™n sonrakı Avropaya ABÅž tÉ™rÉ™findÉ™n yardım edilmÉ™si nÉ™zÉ™rdÉ™ tutulub. Plan É™sasÉ™n bir neçə istiqamÉ™t üzrÉ™ hÉ™yata keçirilib. Birincisi, müharibÉ™ nÉ™ticÉ™sindÉ™ dağılmış tikililÉ™rin bÉ™rpası. Ä°kinci istiqamÉ™t Avropada É™halinin maddi-sosial vÉ™ziyyÉ™tini yaxşılaÅŸdırmaq. Ãœcüncü, ticarÉ™t É™laqÉ™lÉ™rini geniÅŸlÉ™ndirmÉ™k vÉ™ bu sahÉ™dÉ™ki É™ngÉ™llÉ™ri aradan qaldırmaq. Daha bir istiqamÉ™t isÉ™ sÉ™naye vÉ™ bütövlükdÉ™ istehsalat müəssisÉ™lÉ™rini yenilÉ™mÉ™k vÉ™ s.
 
ABÅž “MarÅŸall planı”nın hÉ™yata keçirilmÉ™sinÉ™ 13 milyard dollar sÉ™rf edib. Amma sözsüz ki, Amerika hökumÉ™ti bu vÉ™saiti Avropaya heç dÉ™ sırf yardım mÉ™qsÉ™di ilÉ™ xÉ™rclÉ™mÉ™yib. “MarÅŸall planı”nın görünmÉ™yÉ™n tÉ™rÉ™findÉ™ müharibÉ™dÉ™n sonrakı dövrdÉ™ Amerikanın Avropaya nÉ™zarÉ™ti güclÉ™ndirmÉ™k mÉ™qsÉ™di dayanıb. Ä°kinci görünmÉ™yÉ™n tÉ™rÉ™f isÉ™ Avropada sosialist düşərgÉ™sinin geniÅŸlÉ™nmÉ™sinin, güclÉ™nmÉ™sinin qarşısını almaq olub.
 
QEOMÄ°N.jpg (66 KB)
 
ABŞ prezidenti Trumen zaman-zaman Marşallın fəaliyyətini yüksək qiymətləndirsə də, prezidentlə dövlət katibi arasında bəzi məqamlarda fikir ayrılığı da yaranıb. Trumen prezident kimi öz siyasətində İsraili dəstəklədiyi halda, Marşall bu münasibətə qarşı sərt etirazını bildirib. Marşall neftlə zəngin olan ərəb ölkələri ilə əlaqələrin daha sıx qurulmasının tərəfdarı olub. Nəhayət, ABŞ İsraili rəsmi şəkildə dövlət kimi tanıyanda və diplomatik əlaqələri rəsmiləşdirəndə Marşall buna etiraz əlaməti olaraq dövlət katibi vəzifəsindən istefa verib.
 
1949-1950-ci illərdə Marşall Amerika Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik edib.
 
1950-ci ildə, Koreya müharibəsi dövründə Marşall ABŞ-ın müdafiə naziri vəzifəsinə təyinat alıb. Ancaq o, bu vəzifədə cəmi bir il xidmət edib. 1951-ci ildə general səhhəti ilə əlaqədar nazir vəzifəsindən istefa verib.
 
Ä°MAGE.jpg (42 KB)
 
1951-ci ildə hərbi və siyasi fəaliyyətdən uzaqlaşan Marşall Virciniyadakı evində yaşayıb, şəxsi həyətində bağbanlıq və tərəvəz yetişdirməklə məşğul olub. 1953-cü ildə Amerika hökumətinin təşəbbüsü ilə Marşall ABŞ nümayəndə heyətinin rəhbəri kimi Böyük Britaniyada II Yelizavetanın tacqoyma mərasimində iştirak edib. Elə həmin il Marşall Nobel Sülh Mükafatının laureatı adını da qazanıb.
 
Corc Ketlett Marşall 1959-cu ildə, 78 yaşında Vaşinqtonda vəfat edib. O, Vaşinqton ətrafında yerləşən prezidentlərin, ali rütbəli hərbçilərin, astronavtların və yüksəkçinlilərin dəfn olunduğu Arlinqton milli qəbiristanlığında hərbi şərəflə dəfn edilib. /Musavat.com/
 
Chosen
43
1
moderator.az

2Sources