9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı “C” divizionu oyunları baş tutacaq.
Futbolpress.az xəbər verir ki, A qrupunda qərarlaşmış qızlardan ibarət U-16 millimiz, Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq.
Milli qrupda növbəti oyunlarını 10 iyul saat 12:30-da Gürcüstan və 11 iyul saat 12:30-da Kipr millilərinə qarşı keçirəcək.
Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi “youtube” hesabından canlı olaraq yayımlanacaq.