EN

Rusiyaya qarşı planın uğursuzluq sirri ortaya çıxdı: Qərb çox şeyi...

Qərb ümid edirdi ki, Kremldə hakimiyyət dəyişikliyinə nail olmaq üçün Rusiyanı təxribata çəkib, reaksiyasına görə sanksiyalarla cəzalandırsın. Lakin Qərb çox şeyi nəzərə almadı, nəticədə planı iflasa uğradı.

Publika.az xəbər verir ki, bu fikri İsveçrə kəşfiyyatının veteranı Jak Bo "Dialogue Works" Yutub kanalı ilə söhbətində bildirib.

Onun sözlərinə görə, hələ 2022-ci ilin payızında o, xəbərdarlıq etmişdi ki, Qərbin Rusiyanı təxribata çəkə biləcəyi, daha sonra isə sanksiyalar tətbiq etməklə onun dağılmasına nail ola biləcəyi ilə bağlı fərziyyələr əslində yanlışdır. Qərb gözlənildiyindən əks nəticə əldə edəcək.

"Bu, iki ildən sonra gördüyümüz şeydir", - deyə o qeyd edib.

Kəşfiyyatçının fikrincə, Qərb ya zəifdir, ya da Rusiya iqtisadiyyatının strukturunu, Rusiya cəmiyyətinin necə olduğunu təhlil etməyib – vəziyyətin sosial aspektini öyrənməyib.

Chosen
54
1
publika.az

2Sources