Almaniyanın "Bayern" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Münhen nəhəngi "Kristal Pelas"dan cinah yarımmüdafiəçisi Maykl Oliseni transfer edib.
Klub futbolçunun keçidini rəsmi saytı vasitəsilə yayıb. Maykl Olise Bundesliqa təmsilçisi ilə 5 mövsümlük müqavilə bağlayıb.
Qeyd edək ki, "Bayern" ötən mövsümü kuboksuz başa vurub. Maykl Olise isə son mövsümdə "Kristal Pelas"ın heyətində 19 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa