"Qarabağ"ın 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası Estoniyada keçirilən “Tallinn Cup”ın qalibi olub.
Ağdam təmsilçisi yarışdakı sonuncu oyunda yerli “Trans Narva” ilə üz-üzə gəlib.
Rəqibini 2:0 hesabı ilə üstələyən "köhlən atlar" beynəlxalq turnirin qalibi olub.
Bu münasibətlə mükafatlandırma mərasimi təşkil edilib. Rəşad Sadiqovun çalışdırdığı kollektiv kuboku başı üzərinə qaldırıb.
SPORTİNFO.AZ