EN

Ermənistanın keçmiş maliyyə nazirinin Los-Ancelesdəki malikanəsi müsadirə olunur

Bakı. Trend:

Ermənistanın keçmiş maliyyə naziri Qaqik XaçatryanınLos-Ancelesdəki malikanəsi müsadirə olunaraq satışaçıxarılacaq.

Trend bu barədə erməniKİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, bu barədə razılıq ölkənin Baş Prokurorluğu iləABŞ-nin müvafiq orqanları arasında əməkdaşlıq çərçivəsində əldəedilib.

Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin malikanə cinayətyolu ilə əldə olunmuş əmlak hesab olunub.

Hazırda Ermənistan tərəfi ABŞ-nin müvafiq orqanları ilə əldəolunacaq vəsaitin böyük hissəsinin ölkəyə qaytarılması ilə bağlıdanışıqlar aparır.

Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın CinayətMəcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryanəhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır.

Məqalədə:
Chosen
124
4
az.trend.az

9Sources