EN

ABŞ Ermənistanın keçmiş maliyyə nazirinin malikanəsini müsadirə etməyə hazırlaşır

ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə olunaraq satılması barədə qərar çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan prokurorluğu məlumat yayıb.

Qanunsuz varlanma işi çərçivəsində Ermənistan Prokurorluğu amerikalı tərəfdaşlarla danışıqlar aparıb. İyunun 14-də Qaqik Xaçatryanın oğulları - Qurgen və Artem razılığa gəlmək üçün rayon məhkəməsinə vəsatət veriblər. Bu razılaşma əsasında iyunun 30-da məhkəmə evin maksimum bazar qiymətinə satılması barədə qərar qəbul edib.

Hazırda prokurorluq gəlirlərin böyük hissəsinin Ermənistan büdcəsinə köçürülməsi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Qurgen və Artem Xaçatryana qarşı çirkli pulların yuyulması ittihamı ilə cinayət işi açılıb. Artem Xaçatryanın işi məhkəməyə göndərilib, Qurgen Xaçatryan isə axtarışa verilib. Qaqik Xaçatryan da vəzifə səlahiyyətlərindən sui-istifadə, vəsaitlərin mənimsənilməsi, çirkli pulların yuyulmasında iştirak və korrupsiya ittihamları ilə istintaqa cəlb olunub.

Xaçatryanın ailəsinə qarşı qaldırılan işlər çərçivəsində prokurorluq 210 daşınmaz əmlakın, 13 avtomobilin, 29 şirkətin səhmlərinin və 33 milyard dram (təxminən 85 milyon dollar) məbləğində vəsaitin müsadirəsini tələb edir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
2
bizim.media

3Sources