Bakı. Trend:
“Neftçi”nin məşqçilər korpusunda yeni təyinatlar olub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu klubun mətbuat xidmətiaçıqlayıb.
Litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı CiordanoDomeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsovisə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov vəqapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukunköməkçilərindən olacaq.