EN

ABŞ-ın təşkil etdiyi terror planı ifşa oldu

Kuba Daxili İşlər Nazirliyi ABŞ-dan adaya külli miqdarda odlu silah və döyüş sursatı keçirilməsinin qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən “Daxili İşlər Nazirliyinin qüvvələri Kubaya qarşı ABŞ tərəfindən təşkil edilmiş və maliyyələşdirilən terror planını ifşa edib” başlıqlı məlumatda deyilir.

Məlumata görə, 2023-cü ilin dekabrında Kuba hökuməti respublikanın rəsmi qəzetində Kubaya qarşı terroru himayə edən şəxslərin və qurumların siyahısını dərc edib.

Nazirlik əməkdaşları tərəfindən aparılan araşdırmalar çərçivəsində ABŞ ərazisində planlaşdırılan bu hərəkətlərin əsas səbəbkarının Ardenis Qarsia Alvares olduğu və onun əməliyyat zamanı yaxalandığı qeyd edilib. Bəyanatda bildirilir ki, Qarsiya Alvares Kubaya 2014-cü ildə bu ölkəyə qeyri-qanuni (dəniz yolu ilə) mühacirət edib. O, Kubada zorakılıq aktları törətmək planının bir hissəsi olaraq odlu silah və sursat gətirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
2
publika.az

3Sources