EN

Naxçıvanda birinci yarımildə 22 əmlak hərrac yolu ilə satılıb

Naxçıvanda

Naxçıvan, 9 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak

Məsələləri Dövlət Xidməti tərəfindən rəqabətli formada hərracların təşkili davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, cari ilin ilin birinci yarımili ərzində 22 əmlakın hərracla satışı həyata keçirilib. Bunlardan 5-i qeyri-yaşayış obyekti, 15-i torpaq sahəsi, 1-i nəqliyyat vasitəsi və 1-i faydalı qazıntı yatağıdır. Hesabat dövründə keçirilən hərracların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz artıb.

 

 

Chosen
50
azertag.az

1Sources