EN

"Hər dəfə uduzanda çox biabırçı ağlamışam" - Hidayət Heydərov

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib. Prosport.Az həmin müsahibəni təqdim edir:

- İlk məşqlərinizi necə xatırlayırsanız?

- Bizim məşq səhər tezdən - saat 8-də başlayırdı. "Budilnik" çalırdı, amma yuxudan oyanmırdım. Anam məni qaldırırdı. "Dur, dur, məşqin vaxtıdır" deyirdi. 5 dəqiqə, 5 dəqiqə deyə-deyə yola versəm də, axırda oyanırdım. Məni cüdoya atam qoyub. İlk olaraq Tərlan müəllimin yanına getdim. Orda bu idmanın sirləri ilə tanış oldum və çox bəyəndim.

- Uşaqlıq illərinizlə bağlı nə deyə bilərsəniz?

- Nadinc idim. Evdə dayanmırdım. Düşüb həyətdə oynayırdım. Cüdoya gedəndən sonra enerjimi orda sərf etdim. Bu idman növü çox xoşuma gəldi.

- Məğlub olarkən hər zaman ağlamısınız. Bu, nə dərəcədə düzdür?

- Bəli, uduzanda hər zaman ağlamışam. Özü də çox biabırçı ağlamışam.

- Olimpiya çempionu Elnur Məmmədli ilə oxşarlıqlarınız nədir?

- Elnur Məmmədli ilə bir-birimizə çox oxşayırıq. Xasiyyətcə, hərtərəfli. Elə bil ki, bütün başımıza gələn hadisələr ikimizdə də eyni cürdür. İnşallah, nəticədə də eyni olarıq.

- "Paris-2024"ə hazırlıqlarınız necə davam edir?

- Məşqlərimiz çox ağır olur. Olimpiada ağır yarışdır. Ora hərtərəfli hazır olmaq lazımdır, həm psixoloji, həm də fiziki.

Chosen
78
1
prosport.az

2Sources