EN

Avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq - DİN

Bakı. Trend:

Paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillərictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, sünitıxaclar, maneələr yaradır.

Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər sakinlərini narahat edən bu hallarınqarşısının alınması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindəntədbirlər görülür.

Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərəqarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiqolunacaqdır. Daxili İşlər, Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar nazirlikləri birgə avtobuslarda pilot qaydasındamüşahidə və nömrətanıma sistemləri quraşdırır.

Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələrmüvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasındaməqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətinitəmin etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
43
az.trend.az

10Sources