EN

NYT: ABŞ rəsmiləri Ukraynanın bütün əraziləri qaytarmasını qeyri-mümkün hesab edir

ABŞ rəsmiləri Ukraynanın döyüşlər zamanı Rusiyanın nəzarətinə keçmiş bütün əraziləri geri qaytarmasının demək olar ki, mümkünsüz olacağını irəli sürür. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Times" mənbələrə istinadən yazıb.

Onların fikrincə, Rusiya ordusunun da yaxın aylarda əhəmiyyətli ərazi uğurları əldə edəcəyi ehtimalı yoxdur.

Qəzetin həmsöhbətləri bildirirlər ki, Ukrayna 1991-ci il sərhədləri daxilindəki əraziləri qaytara bilməsə belə, ölkə Avropa İttifaqı və NATO ilə yaxınlaşmağa davam edəcək. 

Onlar həmçinin bildiriblər ki, danışıqlara indi başlamaq səhv olardı, çünki ABŞ-ın 61 milyard dollarlıq hərbi yardımı Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini gücləndirməyə kömək edir və Rusiyanın irəliləyişlərini dayandırır.

Karnegi Fondunun əməkdaşı Maykl Kofman deyib: "Ukrayna qüvvələri tükənib və çətin aylar davam edən döyüşlərlə üzləşib, lakin Rusiyanın böyük bir irəliləyiş əldə etməsi indi mümkün deyil”. 

Təşkilatın başqa bir üzvü Erik Kiaramella NYT ilə söhbətində bildirib ki, son 18 ay ərzində nə Rusiyanın, nə də Ukraynanın cəbhə xəttini əhəmiyyətli dərəcədə dəyişdirmək qabiliyyətinə malik olmadığı aydın olub.

NATO sammiti iyunun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Onun əsas mövzusunun Ukrayna ərazisindəki münaqişə olacağı gözlənilir. CNN-in məlumatına görə, alyans sammiti üçün bəyannamə layihəsində Ukraynanın NATO-ya daxil olması geri dönməz adlandırılacaq.

Aydın
Chosen
133
50
qaynarinfo.az

10Sources