Aİ-nin Gürcüstandakı nümayəndəliyinin X hesabında yazdığına görə, İttifaqın Gürcüstandakı səfiri Pavel Herçinski paytaxt Tbilisidə iştirak etdiyi tədbirdə ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlamalar verib.
News24.az xəbər verir ki, Herczynski açıqlama verərək, bu qərarın son Aİ Liderlər Zirvəsinə qatılan liderlər tərəfindən verildiyini bildirib.
“Təəssüf ki, Gürcüstanın Aİ-yə üzvlük prosesi hələlik dayandırılıb”.
Qərar çərçivəsində Aİ-nin Gürcüstana 2024-cü il üçün ayırdığı 30 milyon avro maliyyə yardımının dondurulduğunu bildirən Herçinski əlavə edib:
“Vəziyyət pisləşərsə, digər tədbirlər də nəzərdən keçiriləcək” dedi.
“Avropa İttifaqı-Gürcüstan münasibətlərinin bütün zamanların ən yüksək səviyyəsində ola biləcəyi halda, münasibətlərin ən aşağı nöqtədə olduğunu görmək təəssüf doğurur”, - səfir bildirib.
Günel Məlikzadə