EN

Stoltenberq: "Müdafiə xərclərində 2 faizlik hədəfi qaldıracağıq"

NATO-nun baş katibi Yens Stoltenberq alyans üzvlərinin Ümumi Daxili Məhsullarının 2 faizindən çoxunu müdafiəyə sərf etməli olduqlarını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tarixin ən uğurlu ittifaqının 75-ci ildönümünü qeyd etdiklərini bildirən Stoltenberq sammit çərçivəsində NATO-nun gələcəyi ilə bağlı mühüm qərarlar verəcəklərini vurğulayıb.

Stoltenberq, Ukraynaya dəstək, tərəfdaşlıqların gücləndirilməsi və NATO-nun əsas missiyası olan müdafiə və çəkindirmə ilə bağlı addımlar atacaqlarına diqqət çəkərək, "NATO-nun əsas məqsədi çəkindirici gücü ilə müharibənin qarşısını almaq və sülhü qorumaqdır",- deyə bildirib.

NATO üzvlərinin müdafiə xərclərini artırmağa razılaşdıqlarını bildirən Stoltenberq 10 il əvvəl Ümumi Daxili Məhsulun (ÜDM) yüzdə 2-nin müdafiəyə xərclənməsinə qərar verildiyini xatırladıb.

"Biz indi bilirik ki, 2 faiz minimum hədəfdir və biz daha çox xərcləməliyik. Biz daha çox iş görəcəyik", - Stoltenberq bildirib. 

Chosen
106
8
operativmm.az

10Sources