EN

Alimlər beyni insultun zədələnməsindən qorumağın yolunu TAPDILAR

"LK-2" molekulu insult zamanı beyin sinir hüceyrələrini qoruya və beyin zədələnməsinin qarşısını ala bilər.

Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu “Nature” jurnalında dərc olunan araşdırma göstərib.

Beynin bir hissəsi qan laxtalanması səbəbindən qan qəbul etmədikdə işemik insult baş verir. Eyni zamanda, "glutamat"ın səviyyəsi yüksəlir. Bu maddə beyin hüceyrələrinin səthində "NMDAR" reseptorlarının hiperaktivləşməsinə səbəb olur. Nəticədə kalsium hüceyrələrə daxil olur və bu da onları zədələyir. Alimlər "NMDAR"ların qarşısını almaq üçün dərmanlar hazırlayıblar. Lakin onlar psixoz və idrak pozğunluğu da daxil olmaqla ciddi yan təsirlərə səbəb olublar.

Yeni bir araşdırmada elm adamları "glutamat"ın başqa bir hədəfi olduğunu tapıblar: Alimlər "ASIC"ləri bloklamaq üçün "LK-2" adlı molekul yaradıblar. Hüceyrələrə kalsium axını azaldıb və siçanlarda insultun təsirini azaldıb. Bununla belə, "LK-2 NMDAR" və ya vacib beyin funksiyalarına təsir etməmişdir və buna görə də insult zamanı hüceyrələri qorumaq üçün dərmanın əsasını təşkil edə bilər.

Yusif EYVAZLI

Chosen
153
41
redaktor.az

10Sources