“Azərişıq” ASC “Smart Energy Services” MMC ilə 16 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 110/35/10 kV-luq “Qamışlı yarımstansiyasından çıxan 110 kV-luq mövcud hava xəttinin Kəlbəcər şəhəri ərazisindən İstisuya qədər olan hissəsinin 110 kV-luq iki dövrəli hava xətti ilə yenidənqurulması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 16 222 150 manat təşkil edir.