Macarıstan hökumətinin başçısı Viktor Orban bu ilin sonuna qədər Avropa Parlamentində iki dəfə çıxış edə bilər və onun çıxışlarının əsas mövzusu Ukraynadakı münaqişə olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Avropa Parlamentindəki və diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Orbanın Aİ-yə sədrlik edən ölkənin lideri kimi Avropa Parlamentində ilk çıxışı gələn həftə baş tuta bilər. Hələlik dəqiq tarix yoxdur, çünki onu parlament özü təyin edəcək.
Macarıstandakı diplomatik mənbənin sözlərinə görə, Orban Kiyev, Moskva və Pekinə səfərlərinin nəticələri barədə hesabat vermək üçün Avropa İttifaqının rəhbərliyi ilə ilkin görüşlər keçirməyi planlaşdırmır,çünki o, artıq Avropa Şurasının rəhbəri Şarl Mişelə və bütün dövlət başçılarına səfərləri barədə məlumat verib.