EN

Yaponiya Müdafiə Nazirliyi: Çin və Tayvan arasında güc balansı Pekinın xeyrinə dəyişir

Çin və Tayvan arasında güc balansı Pekinın xeyrinə dəyişir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin hesabatında deyilir.

Hesabatda, eyni zamanda, vurğulanır ki, Tayvan Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda öz müdafiə qabiliyyətini gücləndirməyə davam edir. Çin isə Tayvan ətrafında hərbi fəaliyyətini nümayişkaranə şəkildə artırır.

Yaponiya Müdafiə Nazirliyi, həmçinin Tayvan boğazındakı vəziyyətlə bağlı beynəlxalq narahatlığın sürətlə artdığına işarə edib.

Ölkənin hərbi qurumu Çinin Cənubi Çin və Şərqi Çin dənizlərindəki fəaliyyətindən narahatlığını da ifadə edib.

Chosen
195
1
report.az

10Sources