“Ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişlər Ukraynanı gücləndirir, lakin ölkənin gələcəkdə NATO-ya üzv olmaq məqsədini əvəz etmir”.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Onlar Ukraynanı gücləndirirlər, lakin NATO-ya üzv olmaq məqsədini dəyişmirlər", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, 23 güclü saziş var və digər ölkələrlə də sazişlər olacaq.
Daşqın HəsənovMissiya.Az