EN

“Araz-Naxçıvan” Superliqa klubu ilə qarşılaşacaq

style='margin-bottom:10px;'>

İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” dünəndən məşqlərini Erzurumda reallaşdırır. 

QOL.az klubun saytına istinadən xəbər verir ki, komanda üzvləri əvvəlcə fitnes məşqlər edib, günün ikinci yarısında isə hazırlıq prosesi yaşıl meydanda reallaşdırılıb. Yeni transferlərdən Benny də artıq komandanın düşərgəsindədir. 

Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. 

Toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və sparrinq-rəqiblər barədə əlavə məlumat veriləcək.

Chosen
74
10
teleqraf.com

8Sources