EN

Voleybol millimiz hazırlığa start verib

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması 2026-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin hazırlığına start verib.

İdman.biz xəbər verir ki, komanda baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə GİN-in Voleybol Mərkəzində məşq keçir.

Təlim-məşq toplanışında 16 voleybolçu iştirak edir. Hazırlıq çərçivəsində bir neçə yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, millimiz seçmə mərhələsində ilk oyununu avqustun 17-də Avstriyaya qarşı keçirəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
1
idman.biz

2Sources