EN

Azərbaycan nefti bahalaşdı

"Azeri Light" markalı Azərbaycan neftin qiyməti cüzi artıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,59 % artaraq 90,35 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
173
49
anspress.com

10Sources