EN

Əli Kərimlinin uğursuz “boykot” tamaşası və özünüifşa

Bu absurd teatrda AXCP sədrinin qaragüruhçu dəstəsindən başqa heç kim rol almayacaq

AXCP-nin sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. Təşkilatın sədri Əli Kərimlinin, onun müavinlərinin, sosial şəbəkələrdə at oynadan trollarının, muzdlu mirzəsi Qənimət Zahidin “Facefook”da, internet tv-lərdəki qərəzli çıxışları, “statusları” onların əsl niyyətlərini açıq-aşkar ortaya qoyurdu.

Əslində bütün seçkilər, o cümlədən sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkiləri siyasi partiyaların sağlam yarışı üçün ən əlverişli paltformadır. Təbii ki, güclü elektoratı, ictimai və sosial dayağı olan siyasi partiyalar 1 sentyabr seçkilərində iştirak edəcəklərini artıq bəyan ediblər. Həmin siyasi təşkilatalar artıq bu istiqamətdə  hazırlıq işlərini aparırlar. 

Bütün bunların fonunda daim seçkiləri demokratiyanın ifadəçisi, eləcədə təməl prinsiplərindən biri olduğunu hesab edən “cəbhəçilər” yenə öz təxribatçı xislətlərinə sadiq qalaraq, xaricdən aldıqları sifarişlərlə növbədənkənar parlament seçkilərini əsassız iddialarla, gülünc arqumentlərlə “boykot” etdilər. Əslində1 sentyabr növbədənkənar parlament seçkisini boykot etməklə bağlı AXCP-nin bəyanatı bəzi qaranlıq mətləblərin üzərinə işıq salır. Həmin bəyanatın mətninin bəzi məqamalrına diqqət edək: “...AXCP bəyan edir ki, bu şəraitdə və bu şərtlərlə keçən hər hansı seçki legitim sayıla bilməz və 1 sentyabr seçkisi ilə formalaşacaq parlament Azərbaycan xalqının iradəsini ifadə etməyəcək, Prezident Administrasiyasının yenilənmiş dəftərxanasından başqa bir şey olmayacaq. AXCP xalqın bu seçkiyə etinasız münasibətini anlayır və təqdir edir, xalqı onun iradəsini ifadə etməyəcək seçki şousunda iştirakdan kütləvi imtinaya çağırır. AXCP beynəlxalq birlikdən nəticələri əvvəldən müəyyən edilmiş bu saxta seçkiyə prinsipial münasibət göstərməyi, onun müşahidəsindən imtina etməyi gözləyir”...

Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, Ə.Kərimli xaricdəki ağalarından, qərəzli qrant fondlarından aldığı tapşırıqlar əsasında AXCP adından xalqı bu seçkidə iştirak etməməyə çağırır. İkincisi, beynəlxalq təşkilatları 1 sentyabr seçkilərini müşahidə etməkdən imtina etməyə səsləyir.

 Birmənalı demək olar ki, bütün bunlar hiyləgər, təxribatçı, həm də Azərbaycanın beynəlxalq imicinə ləkə yaxmaq üçün “kirli” texnologiyalardan istifadə edən qərəzli dairələrin sifarişi ilə edilən  çağırışlardır. Başda AXCP sədri Ə.Kərimli olmaqla radikal müxalifətin-inkarçı, pozucu dəstənin növbədənkənar parlament seçkiləri ilə bağlı mülahizələri, iddiaları, eləcə də “boykot” tamaşası absurd olduğu qədər də məntiqsiz, gülünc və ikrahdoğurucudur. Bu marginallar növbədənkənar parlament seçkilərinin elan olunduğu ilk gündən etibarən sosial şəbəkə seqmentlərində əsassız iddiaları, total yalanları ilə ictimai rəyi çasdırmaq üçün dezinformasiyalar yayaraq yeni qarayaxma kampaniyasına start verdilər. O vaxtdan etibarən AXCP sədri Əli Kərimlinin, onun müavini Fuad Qəhrəmanlının, “Milli Şura” adlı amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və digərlərinin ölkəmizdə demokratik proseslərin davamlılığının təmin edilməsinə xidmət edəcək yeni parlament seçkiləri ilə bağlı “təhlilləri”, uzun-uzadı, yalan-palan dolu zəhlətökən çıxışları bunu bir daha təsdiq edir.

Məsələ orasındadır ki, əslində  bu merkantilləri seçki-filan heç maraqlandırmır. Bu antimilli ünsürlərin əsas məqsədi bir tərəfdən anti-Azərbaycan mövqeyi ilə tanınan qərəzli qrant təşkilatlarının diqqətini çəkməkdirsə, digər yandan cəmiyyətdə seçkilərlə bağlı süni ajiotaj yaratmaqdır. Təbii ki, Ə.Kərimli kimi siyasi möhtəkirlərin seçkilərdə sivil, demokratik mübarizə aparmaq əvəzinə, qeyri-konstruktiv mövqe nümayiş etdirərək sosial şəbəkələrdə populist çıxışlarla seçkilərlə bağlı  mənəviyyatsızcasına apardığı qarayaxma və gözdənsalma kampaniyası əvvəllər olduğu kimi, yenə də fiaskoya uğrayacaq. Onun absurd “boykot” tamaşasında özündən və qaragüruhçu dəstəsindən başqa heç kim rol almayacaq. Çünki ictimaiyyətimiz yaxşı bilir ki, “boykot” siyasi rəqabət vasitəsi, metodu deyil, əksinə, acizliyin, tükənmişliyin elə AXCP sədrinin özünün də etiraf etdiyi kimi, çarəsizliyin nümunəsidir...

Zahid Rza, “İki sahil”

Chosen
85
11
ikisahil.az

10Sources