EN

Tramp vitse-prezidentliyə namizədinin adını açıqladı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ohayo ştatından respublikaçı senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi irəli sürdüyünü açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə eks-prezident sahibi olduğu “Truth Social” sosial şəbəkəsində yazıb.

“Çox düşündükdən sonra və bir çox iddialıların möhtəşəm istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışacaq ən uyğun şəxs Ohayodan olan senator Ceyms Devid Vensdır”, – o bildirib.

Qeyd edək ki, 39 yaşlı Devid Vens Trampın sərt tənqidçilərindən olsa da, 2018-ci ildə ona dəstəyini nümayiş etdirmişdi.

Xatırladaq ki, bu gün Respublikaçılar Partiyası bu gün Donald Trampı səs çoxluğu ilə rəsmi namizəd kimi təsdiqləyib.

Chosen
137
50
axar.az

10Sources