"Araz-Naxçıvan" təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
"Football-plus.az” xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi klub Türkiyə Superliqa təmsilçisi "Alanyaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb. "Araz-Naxçıvan"ın heyətində Felipe Santos fərqlənib.