EN

Digər ölkələrİsrail ordusu HƏMAS hərbi rəhbərliyinin yarısını zərərsizləşdirib

İsrail hərbçiləri Qəzza zolağında 9 aylıq hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının hərbi rəhbərliyinin yarısını zərərsizləşdiriblər.

"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti (IDF) məlumat yayıb.

Ordunun kəşfiyyat məlumatlarında HƏMAS-ın hərbi qanadının 14 liderinin adları və fotoşəkilləri əks edilib ki, onlardan 7-i artıq öldürülüb.

Siyahıda hərəkatın hərbi təşkilatının rəhbəri Məhəmməd əd-Deyfin sağ olduğu bildirilir.

Bundan əvvəl iyulun 14-də ordunun mətbuat xidməti əməliyyat nəticəsində HƏMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının rəhbəri Rafiya Salamunun məhv edildiyini açıqlayıb.

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Chosen
166
43
far.az

10Sources