Polis əməkdaşlarının iyulun 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Məlumatı DİN mətbuat xidməti yayıb.
Bakı şəhər sakini olan bir nəfərin 400 manat dəyərində kosmetik vasitələrinin, digər 2 nəfərin isə müxtəlif vaxtlarda 500 və 1000 manat pullarının aldadılaraq alınması barədə də polisə məlumatlar daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ