Ötən ay Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb.
News365.az bildirir ki,"Report"un Qərb bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü Vüqar Həsənovun aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Rövşən Hümbət oğlu Hümbətov və Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Vüqar Oruc oğlu Həsənov Alazan çayının Mingəçevir su anbarına tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini Rövşən Hümbət oğlu Hümbətovun meyiti öncədən tapılıb və aidiyyəti üzrə təhvil verilmişdi.
Onların hər ikisi balıqçı olub.