Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən imtina edib. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Görüşün keçirilməsini təklif edən Britaniya tərəfi olub və “Ermənistanın baş nazirinin bundan imtina etməsi sülh gündəmindən geri çəkilməkdir”, - Hacıyev vurğulayıb.