EN

"Türkiyənin bu məsələdə olan mövqeyi Aİ - yə üzvlüyünə maneədir" - Ərəb ekspertdən ŞƏRH

NATO-İsrail münasibətlərinin gücləndirilməsi Türkiyə tərəfindən xoş qarşılanmayıb. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müraciət edib. Prezident bildirib ki, Türkiyə Qəzza zolağında nizamlanmaya qədər NATO-nun İsraillə əməkdaşlıq təşəbbüslərini dəstəkləməyəcək. Bəs bu etirazlar iki ölkə arasındakı münasibətləri hansı təsirini göstərəcək? NATO hansı təqdirdə kömək edə bilər?

Məsələ ilə bağlı Rusiya məsələləri üzrə ekspert, Ərəb Siyasi və Strateji Araşdırmalar Mərkəzinin direktoru, Dr. Məhəmməd Sadiq İsmayıl Misirin Ednews - a açıqlama verib. Onun sözlərinə görə Türkiyə NATO ilə İsrail arasında əməkdaşlığa dair tarazlıq əldə etmək istəyir, Türkiyənin bu mövqeyinə müxtəlif aspektlərdən yanaşmaq olar:

"Türkiyənin Fələstin münaqişəsinə dəstəyi və Qəzzadakı Fələstin xalqına dəstəyi, biz Türkiyə 2009-cu ildə baş verən Azadlıq gəmiləri (Qəzzəya humanitar yardım aparan gəmilərə hücum) hadisəsini xatırlayırıq və Türkiyə o vaxtda necə davranmışdı, ona görə ki, Türkiyə İsraillə münasibətləri ilə Fələstin məsələsinə verdiyi dəstək arasında necə fərq qoyduğunu çox yaxşı bilir. Digər tərəfdən, Türkiyə Fələstin münaqişəsində İsraili dəstəkləmək istəmir. Başda İngiltərə, ABŞ və digər ölkələr olmaqla İsraili dəstəkləyən bir çox ölkələr var və buna görə də Türkiyə özünü bu ölkələr ilə münasibətlərini korlayıb və özünü çıxılmaz vəziyyətə salmaq istəmir”.

Ekspert sonda vurğulayıb ki, Türkiyənin Aİ-yə üzv olmasına mane olan onun Fələstinlə bağlı mövqeyidir:

“Üçüncü aspekt isə  Türkiyənin Avropa İttifaqı ilə münasibətləri ilə bağlıdır bildiyimiz kimi, Avropa İttifaqı ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür, ona görə də Türkiyə NATO-ya qoşulmaq üçün bir növ yumşaq siyasət həyata keçirir”. Türkiyənin Aİ-yə üzv olmasına mane olan onun Fələstin münaqişəsi və Qəzza müharibəsi ilə bağlı mövqeyidir.

Loğman Yunis

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
162
50
ednews.net

10Sources