2024-cü il Ermənistan və Azərbaycan üçün sülh ili ola bilər.
Ölkə.Az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Avropa Siyasi Birliyinin Londonda keçirilən 4-cü Zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib .
“Mən burada bir çoxları ilə görüşüb müzakirələr aparmışam, amma Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri Paşinyanla söhbət mənim üçün önəmli idi. Bu il bu region üçün son dərəcə əhəmiyyətlidir", - Şolts qeyd edib.
O qeyd edib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, 2024-cü il sülh ili ola bilər.
Tərəflərə çağırış edən Almaniya kansleri bəyan edib ki, Avropa bütövlükdə Ermənistan və Azərbaycanı bir-biri ilə sülhün bərqərar olması yolunda dəstək verəcək və bu iki qonşu ölkə arasında uzunmüddətli yaxşı əməkdaşlığı təmin edəcək.
Mürtəza
Ölkə.Az