Türkiyə Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda 19 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
News24.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açqılamasında qeyd edilib:
"Şəhidlərimiz, millətimiz, sevimli vətənimiz uğrunda yorulmadan bütün gücümüzlə mübarizəyə davam edirik! Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk və Asos bölgələrində aşkarladıqları 15 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində aşkarladıqları 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.
Milli Müdafiə Nazirliyi, "Terrorun mənbəyində aradan qaldırılması üçün fəal və fasiləsiz əməliyyatlarla mübarizəmizi davam etdirəcəyik" deyib.
Günel Məlikzadə