EN

NYT: Trampın komandası Harrisə qarşı kampaniya hazırlayır

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın komandası vitse-prezident Kamala Harrisin hazırkı Amerika lideri Cozef Baydenin yerinə Demokratlar Partiyasından prezidentliyə namizəd olacağı təqdirdə ona qarşı genişmiqyaslı kampaniya hazırlayır.

“Report” xəbər verir ki, bu barədə “New York Times” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Trampın komandası sorğu keçirərək Harrisin zəifliklərini üzə çıxarmağa çalışır.

Qəzetin yazdığına görə, Respublikaçı Milli Komitə Demokrat Partiyasını, o cümlədən Baydenin seçki kampaniyasının maliyyələşdirilməsini diqqətlə izləyir. Belə ki, bu vəsaitlərin potensial transferi və istifadəsi halında məhkəməyə müraciət ediəcək.

Bundan başqa Viskonsin ştatında keçirilən Respublikaçıların Milli Qurultayından qısa müddət əvvəl Trampın komandası televiziyada nümayiş etdirilmək üçün Harris əleyhinə bir neçə video hazırlamışdı. Lakin Trampa sui-qəsd cəhdindən sonra bu plandan imtina edildi.

Chosen
108
3
report.az

10Sources