Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın müalicəsində faydalı ola biləcəyini düşünürlər.
Publika.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, müəyyən göbələklərin beynin bəzi hissələrinə təsiri həftələrlə davam edə bilər.
Bu yaxınlarda aparılan bir araşdırma bu göbələklərin tərkibindəki “psilosibin” adlı maddənin iştahasızlığın müalicəsində istifadə oluna biləcəyini müəyyənləşdirib.
“Psilosibin”in beyinə təsiri ilə bağlı təcrübələr heyvanlar üzərində aparılsa da, maddənin sağlamlıq məqsədləri üçün istifadə edilib-edilməməsinə qərar vermək üçün insanlar üzərində də tədqiqatlar aparılmalıdır. “Nature” jurnalında dərc edilən araşdırmada alimlər 7 sağlam insanın iştirakı ilə təcrübə apararaq bu istiqamətdə mühüm addım atıblar.