ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib. 1news.az xəbər verir ki, bu barədə o, "X" səhifəsində paylaşım edib. "Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", - Bayden qeyd edib. ABŞ lideri vurğulayıb ki, Amerika xalqı son üç il yarım ərzində böyük irəliləyiş əldə edib. Dövlət başçısı ölkəsinin son illərdə əldə etdiyi əsas nailiyyətləri sadalayıb: "Bilirəm ki, siz Amerika xalqı olmadan bunların heç biri edilə bilməzdi. Birləşmiş Ştatlar heç vaxt “indikindən daha yaxşı vəziyyətdə olmayıb”. Biz birlikdə əsrdə bir dəfə baş verən pandemiyanın və ən pis iqtisadi böhranın öhdəsindən gəldik. Biz demokratiyamızı qorumuşuq və mühafizə etmişik". Bayden ABŞ prezidenti vəzifəsində işləməkdən şərəf duyduğunu diqqətə çatdırıb: "Bu gün mən həmişə inandığım şeyə inanıram: ABŞ-nin edə bilməyəcəyi heç nə yoxdur. Unutmamalıyıq ki, biz Amerika Birləşmiş Ştatlarıyıq". O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bununla belə, Bayden vitse-prezident Kamala Harrisin namizəd kimi irəli sürülməsini açıqlamayıb.