EN

Hillari Klinton Kamala Harrisin namizədliyini dəstəkləyib- AÇIQLAMA

2016-cı il prezident seçkilərində Donald Trampa rəqib olmuş keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisin prezidentliyə namizədliyini dəstəkləyib.

Azpost.info xəbər verir ki, Klinton Harrisin əvvəllər prokuror olması faktını qeyd edib və bildirib ki, bu, Trampın məhkəmə prosesləri fonunda xüsusilə vacibdir.

“Mən Kamala Harrisi çoxdan tanıyıram. Bu parlaq prokuror mühakimə olunmuş cinayətkar Donald Trampa qarşı iş qaldıra biləcək”, – Klinton deyib.

Klinton Harrisin Trampın siyasi gündəminə qarşı çıxa biləcəyinə inandığın deyib bə Harrisə maliyyə dəstəyi verməyə çağırıb.

Azpost.info

Chosen
189
19
azpost.info

10Sources