EN

GÜNÜN QOROSKOPU: Bəzi işlər əhvalınızı pozacaq...

Bakıvaxtı.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - peşəkar fəaliyyətinizdə maksimum dərəcədə ehtiyatlı olun. Yüksək sosial statusa malik insanlarla ünsiyyət zamanı sayıq davranın. Dostlar və tərəfdaşlarla münasibətlərə fikir verin. Yaxın ətrafınızdakı insanlardan bir neçəsi ilə tamaslarda qarşılıqlı rəğbətlə yanaşı, qeyri-sağlam rəqabət də var.

Şübhələr, gələcəyə inamsızlıq şəxsi münasibətlərdə problemlər yarada bilər. Emosional dəstəyə ehtiyacınız var. Tənqidlər və iradlar az olmayacaq.

Buğa - kommersiya fəaliyyəti, anlaşmalar və sövdələşmələr üçün əlverişli gündür. İşgüzar duyumunuz kəskin olsun. Qəbul etdiyiniz qərarlar və atdığınız addımların yanlış olmamasına çalışın. Gəlirlərin həcmi gözləntilərdən bir qədər artıq ola bilər. Müttəfiq və ya tərəfdaşla fikir ayrılıqları əsəbləri tarıma çəkəcək. Gələcəklə bağlı planlar mübahisələr yaradır.

Durumun çətinliyinə rəğmən, soyuqqanlı olun. Sakit və təmkinli davranın.

Yeni formalaşan münasibətlər harmonik olacaq, pozitiv emosiyalar bəxş edəcək.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Əkizlər - günün ilk yarısında çox çalışmalı olacaqsınız. Bol, məhsuldar, şövqlü əməyə nail olun. Diqqət tələb edən işlər, gerçəkdən də, maraqlıdır. Ona görə də həmin işlərin öhdəsindən gəlməyə çalışın. Xeyli maraqlı məlumatlar əldə edəcək, faydalı tanışlıqlara nail olacaqsınız.

Maliyyə fonu əlverişlidir. Yaxşı gəlir əldə edə bilərsiniz.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Romantik tanışlıqlar, yeni macəralar və güclü hisslər zamanıdır.

Sevdiyiniz insanla ünsiyyət sizi sevindirəcək.

Xərçəng - gün müstəsna uğurlar və ya sürətli irəliləyiş vəd etmir. Xoş hadisələrlə müqayisədə təlaş və narahatlıq daha çoxdur. İşdə vəziyyət gərginləşəcək. Həmkarlarınızla və rəhbərliklə mübahisələr etməyin. Yeni işə, layihəyə başlamaq məsləhət deyil. Mənfi təmayüllərinizin əhvalınıza təsiri ciddi olsa da, ruhdan düşməyin, soyuqqanlı davranın.

Sevdiyiniz insanla dartışmalara yol verməyin. Münaqişəyə səbəbkar olmayın. Axşam saatlarında gəzinti, aktiv istirahət məsləhətdir. Nikbin olun, pis fikirlərə uymayın.

Şir - rəqiblərlə mübarizini intensivləşdirmək əvəzinə müttəfiq və tərəfdaşların axtarışı ilə məşğulş olsanız, peşəkar fəaliyyət müstəvisndə uğur qazanacaqsınız. Sonradan möhkəm və uzunmüddətli olacaq ittifaq yarana bilər. Birgə layihəyə başlaya bilərsiniz. Həmin layihə gəlir gətirəcək. Yeni işdə fəaliyyətə başlayanda diqqətli olun.

Günün ikinci yarısı yeni romantik münasibətlər üçün əlverişli zamandır. Ciddi problemi tərəfdaşınızla birlikdə həll edə bilərsiniz. Təşəbbüskar olun. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında yorğunluq və səhhətdə problemlər hiss etməyəcəksiniz.

Qız - peşəkar fəaliyyət müstəvisində uğursuzluqlar, ciddi problemlər yaşana bilər. Mənfi təmayüllərin təsiri günün ikinci yarısına yaxın daha da artacaq. Həmin zamanda mühüm heç nəyə başlamayın. İndiyədək münasibətlərinizin əla olduğu insanlar sizi kəskin və sərt tənqid edir, əvvəlki səhvləri xatırladırlar. Onlar sanki münasibətləri korlamaq üçün əllərindən gələni edirlər.

Günün ikinci yarısında soyuqqanlı və təmkinli qalmaq üçün səy göstərin. Emosiyaların əsiri olmayın. Başqalarının qalmaqal salacağı yerdə siz konstruktiv dialoq aparın. Belə davranışınızı görəcək və dəyərləndirəcəklər. Amma dəyərləndirmə bir qədər gec olacaq.

Tərəzi - maliyyə məsələlərinin həlli, kommersiya fəaliyyəti üçün yaxşı gün deyil. Əvvəlcədən nəzərdə tutmayıbsınızsa, alış-veriş etməyin. İstənilən layihəni etibarlı, sınanmış tərəfdaşların dəstəyi ilə həyata keçirin.

Yeni tanışlarla tərəfdaşlığa başlamaq üçün münasib gün deyil.

Günün ikinci yarısında emosional fon əlverişlidir. Sakit olun və bu minvalla çoxsaylı, mənasız təlaşlardan, nigaranlıqlardan qurtulun. Sevdiyiniz insanlarla dil tapın.

Axşam saatlarını sevdiyiniz insanlarla keçirin. İstənilən formada yaradıcılıq fəaliyyəti məhsuldar olacaq.

Əqrəb - gələcəklə bağlı planları təhlil edin. Qarşınıza yeni məqsədlər qoyun. İşgüzar tərəfdaşlıqla bağlı nüansların müzakirəsi, yeni layihələrin dəyərləndirilməsi üçün münasib zamandır. Mürəkkəb, qarışıq işləri təxirə salın. Belə məsələlərlə sonrakı günlərdə məşğul olmalısınız.

Axşam saatlarında normal istirahət edin, yaxınlarınızla təmaslarda olun. Romantik görüş pis keçməyəcək.

Oxatan - yaxın vaxtlarda gəlir gətirəcək işlərlə məşğul olmağa başlayın. Uzunmüddətli layihələrin reallaşdırılmasında problemlər yarana bilər.

İşgüzar danışıqlarda konstruktiv mövqe tutsanız, nəticə yaxşı olacaq. Emosional davranmayın. Sizə xoş olmayan insanlarla ünsiyyət qurmaq məcburiyyətində qalacaqsınız.

Ailədə fikir ayrılıqları və ixtilaf yarana bilər. Bəzi işlər əhvalınızı pozacaq, seçdiyiniz davranış modeli ilə bağlı tərəddüdlər yarana bilər. Yaşam potensialının səviyyəsi aşağı düşəcək.

Ağır fiziki iş görməyin. Kiçik travmalar və yaralar riski var.

Oğlaq - qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyiş asan deyil. Qətiyyətli və iradəli olun, hədəflərə nail olun. Müttəfiqlərlə tərəfdaşların seçimində kobud yanlışlıqlara yol verməyin. Kimə etibar etməli, kimdən də uzaq durmalı olduğunuzu anlayın. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Gördüyünüz işin sonucunu sabah hiss edəcəksiniz.

Bütün diqqəti öz işlərinizin görülməsinə, problemlərinizin həllinə yönələdərək ətrafı görməzdən gəlməyin. Belə darvanışınız inciklik və iradlara səbəb ola bilər.

Yardım edin, qayğıkeş olun.

Dolça - planları həyata keçirmək çətindir. Amma nəzərdə tutmadığınız işlərdə uğurlara nail olacaqsınız. İmprovizə etməyə hazır olun. Ətrafınızda sürətlə yaşanan dəyişikliklərə maksimal dəqiq reaksiya verin. İşlə və ya sizin üçün önəmli kommersiya məsələləri ilə bağlı xəbərlər ala bilərsiniz.

Qeyri-formal ünsiyyət üçün əlverişli zamandır.

Axşam saatlarında dostlarla görüşmək, qonaq qəbul etmək olar.

Alış-verişdə bədxərclik etməyin. Açıq havada istirahət edin.

Balıqlar - mühüm, ekstraordinar hadisənin baş verməyəcəyi gündür. Çoxdan gözlədiyiniz olay yaşana bilər. Yaxın ətrafınızdakı insanların danışıqlarına qulaq asın, müzakirə etdiyi məsələlərdən hali olmağa çalışın. Bilik, informasiya və məlumatların artırılması, təcrübənin zənginləşdirilməsi üçün münasib zamandır.

Ailədəki kiçik problemlər, evdəki anlaşılmazlıqlar əhvalınızı korlamasın. Çətinliklərin öhdəsindən ifrat səy göstərmədən, sürətlə gəlməyə çalışın. Mühüm saydığınız məqamları yaxınlarınızla müzakirə edin. Hamını təmin edəcək qərar qəbul etmək olar.

Chosen
232
50
bakivaxti.az

10Sources