1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistanın baş naziri Nikol Paşinyan avqustda mətbuat konfransı keçirməyə hazırlaşır. O, konfransda ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət məsələsinə toxunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Hraparak" qəzetinə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
"Biz hökumətə dəvəti nə zaman aldığı barədə yazılı sorğu göndərmişik. Həmçinin, Ermənistanın baş nazirinin Bakıya gedərək COP-29 konfransında iştirak edib-etməyəcəyini də soruşmuşuq", - qəzet yazıb.