EN

QHT layihənin yekun tədbirini keçirmək üçün Balakən rayonunda olub - FOTOLAR

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən "Müəllim cəmiyyətin xilaskarı kimi" layihəsinin fəaliyyət planına uyğun olaraq layihə heyəti 24 iyul 2024-cü il tarixində layihənin yekun tədbirini keçirmək üçün Balakən rayonunda olub.

QHT.az xəbər verir ki, layihənin icrasına hazırlıq məqsədilə Balakən rayon İcra hakimiyyətinin nümayəndələri, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Balakən Təhsil sektorunun rəhbərliyi ilə məsləhətləşmələr keçirilib. İctimaiyyət, sosial media və aidiyyəti qurumların təkliflərini nəzərə alaraq, 25 iyul 2024-ci il tarixdə Balakən rayonu Təhsil Sektorunda rayonun 15 nümunəvi müəllimləri ilə görüş keçirilib. Görüşdə birliyin icraçı direktoru, layihə rəhbəri Şahin Rəcəbov, Balakən rayonu Təhsil sektorunun rəhbəri Mehparə Murtuzəliyeva, rayonun fəal müəllimləri iştirak ediblər. Seçim və Qiymətləndirilmə Komissiyasının qəbul etdiyi müvafiq meyarlar və müsahibə əsasında fəal müəllimlərin görüşündə müəllimlər arasından 2 ən nümunəvi müəllim seçilib. 25 iyul 2024-cü il tarixində seçilmiş müəllimlər öz həyat yolu, yaradıcılıq və təcrübələrinin təqdimatlarını keçiriblər. Seçilmiş müəllimlərdən biri Şəhid Nəcməddin Sarkayevin anası Tinay Sarkayevanın ailəsi ziyarət edildi. Seçimdən kənar qalan digər müəllimlərin də fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması qərara alındı.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, 15 rayonu- Sabirabad, Siyəzən, Şamaxı, İsmayıllı, Qazax, Ağdaş, Göyçay, Salyan, Biləsuvar, Astara, Yardımlı, Qusar, Xaçmaz, Zaqatala, Balakən əhatə edəcəkdir.

Layihənin əsas məqsədi nümunəvi müəllimlərimizi və onların təcrübələrini cəmiyyətə və ictimaiyyətə tanıtmaq, sosial mediada təbliğ etmək, müəllim nüfuzunun yüksəldilməsinə töhvə verməkdir. 
Layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Balakən Rayon İcra Hakimiyyətinə, nümayəndəsi Fariz Nəcəfova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinə, Balakən Rayon Təhsil sektorunun müdiri Mehparə Murtuzəliyevaya və əziz müəllimlərə minnətdarlığımızı bildiririk.  

Yerli icra, təhsil orqanları, icmalar, təhsil təşkilatları təkliflərini, müəllimlər öz təqdimatlarını (CV, videomateriallar və s) [email protected] emailnə, 0705250300 WhatsApp nömrəsinə göndərə bilərlər.

Chosen
117
33
qht.az

10Sources