"Windows"dakı qlobal kəsintini aradan qaldıran "CrowdStrike" əməkdaşlarına 10 dollarlıq hədiyyə kartları verilib.
seher.media xəbər verir ki, NEWS.ru-ya istinadən xəbər verir ki, bu, mütəxəssislərin şirkət hesabına bir fincan qəhvə və ya qəlyanaltı ala bilməsi üçün edilib.
İT mütəxəssisləri keçən həftə qlobal nasazlıqdan sonra kompüterləri bərpa etmək üçün saatlarla çalışıblar.
Qeyd edək ki, qlobal problem "Microsoft"un Avropa Komissiyası ilə razılaşması səbəbindən yaranıb. Buna əsasən, şirkət Avropa qurumuna öz əməliyyat sisteminə tam girişi təmin etməyi öhdəsinə götürüb.