EN

İcra hakimiyyətində skandal: 1 litr benzinlə icra başçısının qəbuluna getdi

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qəbulunda insident yaranıb. Qaynarinfo-nun məlumatına görə, hadisə Goranboy rayon Nərimanlı kənd icra nümayəndəliyində baş verib. Belə ki, vətəndaş qəbulu zamanı binanın qarşısında səs-küy eşidilib. İcra başçısının qəbuluna düşə bilməyən Zeynallı kənd sakini, 1990-ci il təvəllüdlü S.M. Məhərrəm Quliyevin 17 iyulda Nərimanlı kənd icra nümayəndəliyində qəbul keçrildiyini öyrənib. O, bir litrlik qabda benzin ilə icra nümayəndəliyinin inzibati binasına yaxınlaşıb. Qapının qarşısında duran mühafizəçiyə rayon rəhbərliyinin qəbuluna gəldiyini, içəri buraxılmayacağı halda özünü yandıracağını deyib.S.M. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs hadisəni içkili halda törədib. Məhkəmənin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. İnzibati qaydada tutulmuş S.M. məhkəmə iclas zalından dərhal azad olunub














Paylaş:

10Sources