Bakı, 26 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz inşa olunan tikili nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülüb.