EN

Namibiya 33 ölkəyə viza tələbi tətbiq etdi

Namibiya 33 ölkəyə viza tələbi tətbiq etdi

Namibiya ABŞ, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ölkələri də daxil olmaqla 33 ölkənin vətəndaşları üçün viza tələbləri tətbiq edib.Namibiyanın daxili işlər nazirinin müavini Lusia Vitbui mətbuata verdiyi açıqlamada Namibiya ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya, Kanada, Avstriya, İrlandiya, Avstraliya, Yaponiya, Hollandiya, Braziliya və Azərbaycan da daxil olmaqla 33 ölkənin vətəndaşları üçün viza tələbi tətbiq etdiyini bildirib.Vitbui viza tələbinin 1 aprel 2025-ci il tarixindən etibarən həyata keçiriləcəyini bildirib.Bu ölkələrin hamısının hazırda Namibiya vətəndaşlarına viza tətbiq etdiyini qeyd edən Vitbui, "Namibiyanın 33 ildir viza liberallaşdırması verdiyi bir çox ölkə hələ də yaxşı niyyətimizə cavab verməyib. Yaxşı niyyətimizin niyə görməzdən gəlindiyi bilinmir" ifadələrini işlədib.Ölkə mətbuatında yer alan xəbərə görə, ölkənin ən mühüm gəlir mənbələrindən birini təşkil edən turizm sektorunun nümayəndələri hökumətin bu qərarına sərt reaksiya veriblər.Qeyd edək ki, Namib səhrası və Etoşa Milli Parkı kimi təbii gözəllikləri ilə seçilən Namibiyaya ən çox Qərb ölkələrindən turistlər ziyarət edir.

Chosen
100
1
afn.az

3Sources