Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib
Aİ Şurası Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edib.1news.az bu barədə Aİ Şurasına istinadən xəbər verir. Qrono bu vəzifədə 6 ildən çox çalışan və səlahiyyət müddəti avqustun 31-də bitən Toivo Klaarı əvəz edəcək.
O, öhdəliklərinin icrasına 2024-cü il sentyabrın 1-də ilkin olaraq 12 ay müddətinə başlayacaq.