EN

Hərbi Gürcüstan yolu selə görə bağlandı

Gürcüstanda baş verən sel səbəbindən Hərbi Gürcüstan yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
 
Moderator.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
 
"Gürcüstan ərazisində baş vermiş sellə əlaqədar olaraq avtomobillərin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzdür, Vladiqafqazla Lars arasındakı ərazidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır", - məlumatda deyilir.
 
Məhdudiyyətlər növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.
Chosen
66
17
moderator.az

10Sources