Milli Basketbol Assosiasiyasının “Los-Anceles Leykers” klubunda çıxış edən 39 yaşlı amerikalı basketbolçu Lebron Ceyms Olimpiya Oyunlarında iştirak edən ilk milyarder olacaq.
Bizim.Media xəbər verir ki, 2024-cü ilin əvvəlində “Forbes” nəşri Lebron Ceymsin ümumi sərvətini 1 milyard dollar olaraq qiymətləndirmişdi.
Dünyanın ən çox qazanan idmançılarının sonuncu reytinqində nüfuzlu biznes nəşri 39 yaşlı basketbolçunu illik 119,5 milyon dollar gəlirlə dördüncü yerə qoymuşdu.
Basketbolçunun sərvətinin yarım milyardından çoxu “Nike”, “Kia”, “Walmart”, “Intel”, “Coca-Cola”, “Beats be Dre” və başqa bu kimi şirkətlərlə bağladığı müqavilələrdən olan qazanclardır.
Rəşad Rafiqoğlu, Bizim.Media